Koronavirusun iki unikal mutasiyası aşkarlandı
Estoniyanın Tartu Universitetinin alimləri koronavirusun mutasiyaya uğramış iki unikal ştammını aşkarlayıblar.
Şəffaflıq.az xəbər verir ki, universitetin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, sözügedən ştammlar yalnız Estoniyada müşahidə olunub: “Çində aşkarlanan mutasiyalarla müqayisədə Estoniyada bir çox yerdə tapılan 8 mutasiya ilə yanaşı yalnız bu ölkədə görülən 2 unikal mutasiya da aşkarlanıb”.
Bildirilir ki, iki mutasiya olunmuş ştamm ölkədə 6 xəstədə aşkarlanan koronavirusun genom ardıcıllığının öyrənilməsi zamanı müəyyən olub.
Tartu Universitetinin bionformatika mütəxəssisi Aare Abroy təhlil edilən bütün ştammların SARS-CoV-2 virusunun A2a qrupuna aid olduğunu bildirib. Onun yayılmasının Şimali İtaliya ilə əlaqəli olduğu və əsasən Avropada yayıldığı bildirilib.
Facebook-da paylaş