Dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 10-cu Bədii Qiraət Müsabiqəsinə start verilir.

Dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 10-cu Bədii Qiraət Müsabiqəsinə start verilir.

 Şəffaflıq.az bildirir ki,Sabir Bədii Qiraət Müsabiqəsi 2011-ci ildən Şamaxının keçmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə başladılıb.

Müsabiqə bu il Şamaxının millət vəkili Tamam Cəfərovanın dəstəyi, Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilir.
X Sabir bədii qiraət müsabiqəsinin pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə keçirilməsi planlaşdırılıb.
Müsabiqənin ümumi qaydaları:

1. Müsabiqədə Şamaxı rayonunun ümumtəhsil məktəblərinin V-X sinif şagirdləri iştirak edə bilər;
2. Əvvəlki illərin müvafiq müsabiqə qaliblərinin iştirakına yol verilmir;
3. Müsabiqədə iştirak etmək istəyən şagirdlər M.Ə.Sabir yaradıcılığından istədikləri şeiri ifa edərək çəkdikləri video görüntünü whatsapp şəbəkəsi ilə təşkilat komitəsinə təqdim etməlidir
4. Hər şagird yalnız 1 şeirlə müsabiqədə iştirak edə bilər;
5. Məktəblər üzrə iştirakçı şagirdlərin sayına məhdudiyyət qoyulmur;
6. Videolar çəkilərkən qiymətləndirmənin obyektivliyi məqsədi ilə şagirdin adı və məktəbi qeyd edilməməlidir;
7. Videolar maksimum 4 dəqiqə olmalıdır.
8. Müsabiqəyə şeirlər 1 may- 20 may tarixlərində qəbul edilir;
9. İlk 3 yeri tutmuş şagirdlər mükafat və sertifikatlarla təltif olunacaqlar. IV-X yerləri tutmuş şagirdlərə sertifikatlar təqdim olunacaq;
10. Qalib seçilmiş şeirlər Şamaxı Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində paylaşılacaq;
11. Şeirlər aşağıdakı meyarlara uyğun olaraq qiymətləndiriləcəkdir:
a) Diksiya, səs tonu - 50 bal
b) Jest, mimika – 20 bal
c) Geyim – 10 bal
d) Səhnə quruluşu – 10 bal
e) Fon musiqisi – 10 bal

Müsabiqənin nəticələri 27 may tarixində açıqlanacaq.

Əlaqə telefonu: 051-774-19-48

#EduAz #ŞamaxıTəhsilŞöbəsi #SabirMüsabiqəsi #MillətVəkili


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}