BMT Avropada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edib

 

BMT COVİD-19 pandmeiyasının ikinci dalğasının ABŞ və Avroanı yaxın aylarda vuracağını hesab edir.

Şəffaflıq.az xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “USA Today” qəzetində məlumat yayılıb.

BMT Baş katibinin müavini Mark Loukok varlı ölkələrin rəhbərlərinə müraciət edərək onları daha kasıb dövlətlərə yardım göstərməyə də çağırıb. Onun sözlərinə görə, əks tədqirdə “COVİD-19” un inkişaf etməmiş ölkələrdə yayılması ikinci pandemiya zəlzələsini yarada bilər.

“Biz cəmi bir ilə həll olunası problemin çözülməsini on illərlə uzada bilərik. Buraya qeyri-sabitlik, miqrasiya, terrorizm üçün əlverişli şərtlərin yayılması və s. daxildir”,-deyə o söyləyib.

“Daily Mail” qəzetində isə ABŞ-da ikinci dalğanın birincidən daha təhlükəli ola biləcəyi barədə informasiya gedib.

Qəzetə danışan amerikalı eksert, həkim Corc Dias hətta dünyanın ən qüdrətli dövlətinin belə ikinci təkanla baş edə bilmək üçün resursların çatmayacağını düşündüyünü bildirib.

Onun fikrincə, tədric tədbirləri hazırda ən təsirli profilaktik vasitə sayılır. Bundan başqa, Corc Dias koronavirusa qarşı istifadə olunan “remdesivir” dərmanının kütləvi halda istehsalının da insanları aldatmaması gərəkdyini vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}