Dünyada 90 mindən çox tibb bacısı və qardaşı koronavirusa yoluxub
Dünyada ən azı 90 mindən çox tibb bacısı və qardaşı yeni növ koronavirusa (COVID-19) yoluxub.
Şəffaflıq.az-ın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Tibb Bacılarının Beynəlxalq Şurası məlumat yayıb.
Şuradan bildirilib ki, bu rəqəmin 180 min olması ehtimalı da var.
Qurumun məlumatına görə, koronavirusa yoluxmuş 260-dan çox tibb bacısı və qardaşı vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş