ÜST koronavirusdan sağalan şəxslərdə təkrar yoluxmanın səbəbini açıqladı

 

Koronavirusdan qurtulan xəstələrdə immunitet yaranması və yenidən yoluxa bilmə ehtimalı səhiyyə sahəsini narahat edən problemlərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 üzrə proqramın texniki rəhbəri Mariya van Kerhof bununla bağlı “BBC News”un suallarını cavablandırıb.

Beynəlxalq ekspert xəstəliyi keçirdikdən sonra evə buraxılan insanlarda aparılan təkrar analizlərin müsbət nəticə verməsinin narahatlığa əsas olmadığını deyib.

Onun sözlərinə görə, xəstənin tənəffüs sistemi və ciyərləri sağalsa da virusun ölmüş hüceyrələri bədəndə qalmaqda davam edir. Buna görə yenidən test keçirildiyi zaman onlar yoluxan kimi görünürlər.

Bununla belə Mariya van Kerhof alimlərin koronaviruslu xəstələrin nə dərəcədə immun müdafiəsi əldə etdiklərini anlamağa çalışdıqlarını qeyd edib.

ÜST təmsilçisi təşkilatın ABŞ prezidenti Doanld Trampdan fərqli olaraq koronavirusun təbii mənşəli olmasında israr etdiyini və yarasalarda yarandığına inandıqlarını söyləyib. Lakin o, virusu insanlara keçirən aralıq növünün hələ də naməlum qaldığını vurğulayıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}