Şöbə müdiri qeyd edib ki, Hazırda dərs prosesi dayandırılmayıb:

 “Əgər uşaq onlayn dərsdə iştirak etməyibsə, bu, o demək deyil ki, dərs, mövzu keçilməyib”.
Şəffaflıq.az
xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova AzTV-də "Telesəhər" verilişinə qonaq olan zaman deyib. Təhsil ocaqları bağlandıqdan sonra keçirilmiş mövzuların builki qəbul imtahanına salınıb salınmaması ilə bağlı sualları cavablandıran şöbə müdiri qeyd edib ki, abituriyentlər nəzərə almalıdır ki, hazırda dərs prosesi dayandırılmayıb:
“Bizə tez-tez bu barədə suallar daxil olur. Təhsil Nazirliyi teledərslər təşkil edir. İnterneti olmayanlar televiziyada dərsləri izləyə bilər. Burada valideyn də uşağı məcbur etməlidir ki, onlayn dərsləri izləsin.
Hətta bir çox məktəblər müxtəlif platformalardan istifadə edərək dərsləri onlayn formada keçirirlər. İstəlinən şagird, istənilən vaxt dinlədiyi mövzunu anlamadığı şəraitdə müəllimə müraciət edə bilər. Hazırda bununla bağlı bütün şəraitlər var. Texniki bacarıqlarından məişətdə istifadə edən uşaqlardan xahiş edirik ki, indi də dərsdə istifadə etsin”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}