Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçib
Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 281 nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli "Blu Radio" radiostansiyası məlumat yayıb. 3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb, burada 96 nəfər təbii fəlakətin qurbanı olub. Zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib. Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin həlak olduğu bildirilmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş








