Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb


Çinin Quansi-Çjuan Muxtar Rayonundakı zooparkda 100-dən çox heyvanı sel aparıb.

Şəffaflıq.az Çin mediasına istinadən xəbər verir ki, güclü daşqın səbəbindən zooparkın ərazisi su altında qalıb.

Otyeyən heyvanları sel aparıb. Eyni zamanda volyerlərdə olan yırtıcıların bir hissəsi, o cümlədən üç şir tələf olub.

İlkin məlumatlara görə, zooparka dəymiş zərər təxminən 4 milyon yuan (təqribən 590 min dollar) məbləğində qiymətləndirilir.

Daha əvvəl bildirilib ki, Çinin şərqindəki Xançjou şəhərində daşqın səbəbindən fermadan yüzlərlə zəhərli ilan qaçıb və insanlara hücum etməyə başlayıblar.

Xatırladaq ki, iyulun əvvəlində "Maysak" tayfunu güclü leysan yağışlarına səbəb olub, nəticədə Quansi-Çjuan Muxtar Rayonunun çaylarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Təbii fəlakət nəticəsində ən azı 39 nəfər həlak olub, daha 9 nəfər isə itkin düşmüş sayılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}