Lionel Skaloni:Argentina millisi dünya çempionatında növbəti oyun barədə düşünür.
Argentina millisi dünya çempionatında növbəti oyun barədə düşünür. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni İordaniya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib. Mütəxəssis qələbə qazandıqları oyuna şərh verib: "Hər matçda olduğu kimi bu dəfə də qələbə qazanmaq sevindiricidir. Artıq növbəti görüşü düşünürük və qalib gəlmək barədə düşünürük. Lionel Messi ilə danışdım və hər ikimiz bu gün onun ikinci hissədə oyuna daxil olmasının ən doğru seçim olduğu qənaətinə gəldik. Bu da onun komandamız üçün nə qədər böyük dəyərə və təsir gücünə malik olduğunu bir daha göstərir". Qeyd edək ki, Argentina İordaniya millisini 3:1 hesabı ilə məğlub edib.
Facebook-da paylaş








