Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib.


Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib.

Şəffaflıq.az-ın məlumatına görə, Atlanta stadionunda baş tutan K qrupunun III turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib.

Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.

Qeyd edək ki, Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}