Günün qoroskopu:Bu gün istənilən sahədə aktivlik nümayiş etdirə bilərsiniz.
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın günlərdə aktual olacaq mövzuya bu günün hadisələri aydınlıq gətirəcək və fəaliyyət üçün əlverişli zəmin yaradacaq. Qüvvənizi yönəltmək üçün yeni istiqamət yaranır. İşdə orijinal tapıntılar, problemin həllinə yaradıcı yanaşmaya ehtiyac var.
Buğa - pozitiv təmayüllər günüdür. Hissiyatınıza inanın, gəlir imkanını əldən verməyin və eqoist istəklərinizdən çəkinməyin. Mühüm görüş, münasibətlər və işgüzar əlaqənin bərpası mümkündür. Eşitdiklərinizə diqqət yetirin, həmsöhbətin dediklərini qulaqardına vurmayın.
Əkizlər - günün bir hissəsini evdəki problemlərin həllinə sərf edin. Ünsiyyət, aktiv istirahət və yaradıcı fəaliyyət pis olmaz. Yaşamdakı fərqlər sizi sevindirə bilər. Sizə maraqlı olan insanlarla görüşmək üçün səbəb arayın.
Xərçəng - ailə dəyərləri önəm kəsb edəcək. Münasibətlərdə diqqətli olun, qayğı və yardımınızı əsirgəməyin. İşinizi unutmayın. Axşam saatlarını dörd divar arasında keçirməyin.
Şir - qəfil dəyişikliklər və yeni informasiya perspektivlərinizlə bağlı fikrinizin dəyişməsinə səbəb ola bilər. Uğur mümkündür. İndi sizdən asılı olmayan hadisələr və şəraitdən öz xeyrinizə necə yararlanmağın yollarını düşünmək gərəkdir. Şəxsi həyat və işgüzar fəaliyyətlə bağlı məsələlər aktiv iştirak, ciddi diqqət tələb edir.
Qız - gözlənilməz qərar qəbul etməyiniz istisna deyil. Nəyəsə tələsik, sürətlə nail olmaq istəyərkən mümkün sonucları da unutmayın. Axşam saatlarını evdə keçirmək pis olmazdı.
Tərəzi - prioritetləri dəqiq müəyyənləşdirin və fəaliyyətinizi müəyyən mövzularla məhdudlaşdırın. Hər yerdə və hər işdə olmağa çalışmayın. Ay və Yerin münasibətləri praktiki fəaliyyəti qaçılmaz edir. Günün ilk yarısında fəal çalışın, ikinci yarıda isə görmək istədiyiniz işi bitirin.
Əqrəb - ıənədlərlə iş, müxtəlif dövlət qurumlarında olmaq, hüquqi məsələlərin həlli üçün uğurlu gündür. Axşam saatları maliyyə məsələlərinin müzakirəsi, maddi durumun yaxşılaşdırılması yollarına baxış üçün əlverişlidir.
Oxatan - bu gün başladığınız istənilən işi müvəfəqiyyətlə başa vura bilərsiniz. Hadisələrin mərkəzində olmağa çalışın. İşdə danışıqlar, görüşlər, müzakirələr keçirmək olar. Yaxın perspektivə olan planları müzakirə edin. Fiziki iş və aktiv istirahət faydalıdır. İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün.
Oğlaq - bu gün ətrafınızdakı insanlarla rahat dil tapacaqsınız. Lakin həmsöhbətin emosional durumunun incəlikləri və vəziyyətinə daha çox diqqət yetirin. Əlavə tapşırıqlar və bezdirici nəsihətlər almamaq üçün çalışın, fəal işləyin. Yaradıcılıq, münasibətlər, həmfkirlər və ya ailə üzvləri ilə ünsiyyət üçün yaxşı gündür.
Dolça - gün sizin üçün çoxlu imkanlar yaradır. Enerjiniz artır, məqsəd, hədəf və planları reallaşdırmağın yolları konkretləşir. Emosiyaların öhdəsindən gələrək tələsməsəniz, nəticə yaxşı olacaq. Sonradan işinizi asanlaşdıracaq, qaydaya salacaq nəsnələrə pul xərcləmək olar. Şəxsi münasibətlərdə qətiyyətli olun. Bununla belə, yaxınlarınız və dəyər verdiyiniz insanların qayğısına qalın.
Balıqlar - bu gün istənilən sahədə aktivlik nümayiş etdirə bilərsiniz. Ətrafınızda cərəyan edən hadisələrə diqqətlə baxın. Şərik, həmfikir və ya iş yoldaşı ilə ideya mübadiləsi, ümumi perspektivlərin müzakirəsi günün prioritetləri arasındadır. Həyat bu gün sizə münasibətlərin sxemini köklü şəkildə dəyişmək imkanı verir. Maraqlı məlumat gəlir əldə etməyinizə şərait yaradır.Milli.Az
Facebook-da paylaş