Koronavirusu xəbər verdiyi deyilən kitab ilə bağlı həqiqət üzə çıxdı - FOTO

 Dünyada İtaliya, İran, və Çində yüzlərlə insanın ölümünə, minlərlə insanın yoluxmasına səbəb olan koronavirusun mənbəyi, yayılması haqqında müxtəlif şaiələr var.
Şəffaflıq.az metbuat.az-a istinadən xəbər verir ki, həmin məlumatların bəzilərində koronavirusun 16 ci yüzillikdə Nostradamusun təxmin etdiyini hətta bu haqqda İncildə yazılıb. Digər tərəfdən koronavirusun Çinin Uhan labaratoriyasında qəza nəticəsində bilaoji silah hazırlanarkən sızdırıldığı iddia edilir.
Bununla əlaqədar olaraq yazıçı Dean Koontozun 1981 ci ildə yazdığı ''The Eyes of Darkness'' adlı romanında "Uhan-400'' adlı bir koronavirus xəstəliyin adı çəkilir.
Maraqlıdır ki, yazıçı Silviya Broune də 12 il əvvəl öz kitabında koronavirus barədə bunları yazıb:
"2020-ci ildə dünyaya ağciyərlərə təsir edən və bütün tibbə məlum müalicələrə cavab verməyən, zökəmə bənzər ciddi bir epidemiya yaranacaq. Xəstəliyin özündən də təccüblü olan onun qəfil gəldiyi kimi qəfil yoxa çıxması gerçəyidir. 10 il sonra xəstəlik yenidən yayılacaq və sonra tamamilə itəcək".
Son günlər kitabda yazılanlar, dünyada bir çox insanın diqqət mərkəzindədir. Hətta dünya ulduzları da "İnstaqram" səhifələrində bu barədə postlar paylaşaraq reallığa olduqca yaxın olan bu təsadüfün necə baş verdiyini sorğulayırlar.
Əslində isə həqiqət başqadır.
Kitabdakı hadisələr ilə bağlı Snopes.com saytı araşdırma aparıb. Faktı yoxlayan veb saytı Sars virusunun kitabı nəşr etməzdən bir neçə il əvvəl meydana gəldiyini və yazıçın da həmin keçiddən ilham alaraq bu kitabı yazdığını tapıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}