Azərbaycanda dərslər yenidən təxirə salına bilər — RƏSMİ
Şəffaflıq.az "Ölkə.az"-a istinadən məlumat verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb: “Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.
“Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.
Xəbəri paylaş
Facebook-da paylaş