Azərbaycan Premyer Liqasının sonuncu turu bu gün başlayır
Misli Premyer Liqasında sonuncu - XXXIII tura bu gün bir oyunla start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, turun ilk matçında "Qəbələ" "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 18:30-da start götürəcək. Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb. Tura mayın 24-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








