IIED-nin tədqiqatlar üzrə direktoru köçkünlərə yanaşmanın dəyişdirilməsinə çağırıb



Humanitar sektor köçkünlərə münasibətini köklü şəkildə yenidən nəzərdən keçirməlidir.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusunda panel müzakirəsində bəyan edib.

Onun sözlərinə görə, humanitar sistem həddindən artıq uzun müddət ərzində köçkünlərə müvəqqəti sakinlər kimi yanaşıb, kanalizasiya, infrastruktur və ictimai məkanların abadlaşdırılması problemlərinin həllini təxirə salıb:

"İnsan artıq şəhərdə öz həyatını qurduqdan sonra geri qayıtmaq istəməyə bilər. Biz bu insanları müvəqqəti kimi sakinlər hesab etməyə son qoymalı və onlara tamhüquqlu şəhər vətəndaşları kimi yanaşmağa başlamalıyıq".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}