OECD təbiət yönümlü şəhər konseptual çərçivəsi hazırlayıb


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) təbiət yönümlü şəhər konseptual çərçivəsi hazırlayıb.

Şəffaflıq.az xəbər verir ki, bunu OECD-nin İqtisadi Analiz, Data və Statistika Departamenti, Sahibkarlıq, Kiçik və Orta Biznes (KOB), Regionlar və Şəhərlər Mərkəzinin Coğrafi Məkan Analizi Laboratoriyasının Əlaqələndiricisi Claudia Baranzelli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

"Biz biomüxtəlifliyi, iqlimi, iqtisadiyyatı və rifahı unikal, inteqrasiya olunmuş bir yanaşmada birləşdirməyə çalışan təbiət yönümlü şəhər konseptual çərçivəsi hazırladıq. Bu çərçivə biomüxtəlifliyi təbiət yönümlü şəhərlərin real təməli kimi dəstəkləyir. OECD təbiət yönümlü (təbiətə müsbət təsir göstərən) şəhərlər haqqında araşdırma aparıb. Bu tədqiqat şəhərlərin biomüxtəlifliyin itirilməsi problemini necə həll edə biləcəyi və eyni zamanda təbiətin çoxsaylı faydalarından necə yararlana biləcəyi haqqındadır. Son onilliklərdə OECD regionlarında meşə sahələrinin nə qədər azaldığını ölçsək, bunu görərik. Söhbət həmçinin getdikcə güclənən iqlim dəyişikliyinin təsirlərindən gedir; istər şəhərlərdəki termal ada effektləri, istər daşqın riski, istərsə də hava və suyun çirklənməsi olsun. Və təbii ki, bütün bu amillər insanların rifahına təsir göstərir - həyat keyfiyyətinin pisləşməsi və bərabərsizliyin artması formasında təzahür edir və nəticədə, biz bütün bunlara iqtisadi qiymət də qoya bilərik. Çünki iqtisadiyyatdakı, iqtisadi sistemdəki axsamalar həm də təbiətin itirilməsi ilə bağlıdır", - deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}