ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər.
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, Tramp bunu Çinə uçuşdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bəyan edib. "Mən lazım olan hər şeyi edəcəyəm", - Amerika lideri cari ilin sonunadək Rusiyaya səfər imkanı barədə suala cavab olaraq bildirib. "Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq", - o deyib və artıq səkkiz münaqişəni nizamladığını xatırladıb.
Xəbəri paylaş
Facebook-da paylaş








