Kimliyindən asılı olmayaraq hər kəs yaydığı saxta məlumatlara görə cavab verməlidir


Kimliyindən asılı olmayaraq, hər kəs yaydığı saxta məlumatlara görə cavab verməlidir.

Bunu açıqlamasında deputat Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, hər bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və onun şəxsi toxunulmazlığı barədə təşəbbüs mütləq dəyərləndirilməli, həmin şəxs məsuliyyətə cəlb edilməlidir:

"Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri və özü haqqında yayılan şantaj xarakterli məlumatlar hər bir insanı, eləcə də ümumilikdə Azərbaycan cəmiyyətini ciddi narahat edir. Yayılan məlumatlar reallığı əks etdirmir".

Onun fikrincə, bunlar həm daxildə, həm də xaricdə olan qüvvələrin, Azərbaycanı istəməyənlərin sifarişi ilə yazılır. Deputat vurğulayıb ki, məlumatların hər biri Azərbaycanın imicinə zərbə vurmaq, qara yaxmaq xarakteri daşıyır:

"Əlbəttə ki, hər bir şəxsin toxunulmazlıq hüququ var. Bu hüquq Azərbaycan Konstitusiyasının 32-ci maddəsində özünün aydın əksini tapıb. Orada göstərilir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həm də hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədə müdafiə hüququ var".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}