Qəbul imtahanlarının tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb. Dövlər İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq. Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək. Qeyd edək ki, qəbul imtahanında iştirak üçün bu gündən başlayan qeydiyyat prosesi aprelin 29-dək davam edəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








