Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








