Əsas Səhifə > MALİYYƏ > Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq


12-03-2026, 11:30


Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.


Şəffaflıq.az


Geri qayıt