İran ağırlığı 1 tondan çox olan döyüş başlıqlı raketlərdən istifadə etmək niyyətindədir


Əgər regionda münaqişə inkişaf etməyə davam edərsə, İran silahlı qüvvələri hücumlarında yalnız 1 tondan çox döyüş başlığı olan raketlərdən istifadə etmək niyyətindədir.

Şəffaflıq.az-ın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələrinin komandanı general Məcid Musəvi çıxış edib.

"İran bundan sonra 1 tondan yüngül döyüş başlığı olan heç bir raket buraxmayacaq", - deyə Musəvi bildirib.

General izah edib ki, bu cür mərmilər daha uzun mənzilə və daha geniş məhvetmə sahəsinə malikdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}