Universitet və kolleclərə sənəd qəbulu başa çatıb


Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) ərizələrin qəbulu başa çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, fevralın 28-dən bu günə qədər 133 389 abituriyent qeydiyyatdan keçib.

Həmin abituryentlərdən 129 655-i ali məktəblər üçün ərizəsini təsdiq edib. Onlardan 120 671-i Azərbaycan bölməsi, 12 718-i isə rus bölməsi üzrə olub.

Bundan başqa, 120 377 abituriyent kolleclər üçün ərizəsini təsdiq edib. Onlardan 110 362-si Azərbaycan bölməsi, 10 015-i isə rus bölməsi üzrədir.

Bu il keçiriləcək bəzi imtahanların qrafiki ilə bu cədvəldən tanış ola bilərsiniz.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}