Bakıda yıxılaraq başından xəsarət alan kişi ölüb
Paytaxtda yıxılaraq başından xəsarət alan kişi ölüb. Şəffaflıq.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov A.Məlikov küçəsində yıxılaraq baş nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, fevralın 25-də saat 03:00 radələrində həyatını itirib. Araşdırmalar Yasamal rayon prokurorluğu tərəfindən aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








