Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası endirilib


Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli "Report"a deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}