Əsas Səhifə > SİYASƏT > Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası endirilib
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası endirilib17-02-2026, 14:01 |
|
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli "Report"a deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar. Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar. Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar. Geri qayıt |