Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Şəffaflıq.az-ın məlumatına görə, fətvada deyilir: "Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək". Qeyd olunub ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək: "Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək". Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur". Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib.
Facebook-da paylaş








