Çində körpü uçub, ölən və itkin düşənlər var
Çinin şərqindəki Szyansu əyalətində körpünün uçması nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər itkin düşüb. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Hadisə fevralın 2-də axşam baş verib. Yançen şəhərində tikilməkdə olan dəmiryol körpüsü uçub. Mühəndislik işlərini Çinin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu görüb. Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Körpünün uçmasının səbəbi araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş








