AQTA Azərbaycana gətirilən portağalların süni şəkildə rənglənməsi məsələsinə aydınlıq gətirib
Ötən il Azərbaycana idxal edilən 421 min ton portağalda rəngləndirici aşkar edilib. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, həmin meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb: "Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib". Qeyd edək ki, sosial şəbəkədə Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirilməsi ilə bağlı xəbər və görüntülər yayılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








