Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar
Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib. Şəffaflıq.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır. Qatar stansiyaya 08:07-də və 08:27-də çatacaq. Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı saat 18:22-də Sabunçu stansiyasında da dayanacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








