Əsas Səhifə > İnfrastruktur > Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar
Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlarDünən, 14:22 |
|
Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib. Şəffaflıq.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır. Qatar stansiyaya 08:07-də və 08:27-də çatacaq. Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı saat 18:22-də Sabunçu stansiyasında da dayanacaq. Geri qayıt |