
anım tədbiri keçirildi. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, eləcə də idarə və müəssisələrin əməkdaşları iştirak etdilər.
Şəffaflıq.az xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildi, abidə üzərinə gül dəstələri qoyuldu.

Anım tədbiri daha sonra Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirildi. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış etdi. Çıxışda 20 Yanvar faciəsinin Azərbaycan tarixində mühüm yer tutduğu, bu hadisənin xalqımızın azadlıq və müstəqillik əzmini daha da möhkəmləndirdiyi qeyd edildi.




Bildirildi ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra saat 12:00 da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Facebook-da paylaş