
19 yanvar 2026-cı il tarixində Şamaxı Dövlət Regional Kollecində xalqımızın azadlıq mübarizəsinin simvolu olan 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş "Unudulmaz Qanlı Yanvar" adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəffaflıq.az xəbər verir ki,açılış nitqi ilə çıxış edən kollecin direktoru Vasif Müslümov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinə daxil olduğunu vurğulayıb. Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək, bu tarixin milli birliyimizin sınaq meydanı olduğunu qeyd edib.
Tədbirin ən təsirli məqamlarından biri isə şəhid ailə üzvlərinin çıxışları olub. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, şəhidlərimizin qanının yerdə qalmadığını və bu gün müstəqil Azərbaycanın hər bir gəncinin şəhidlik zirvəsinə böyük ehtiramla yanaşdığını vurğulayıblar.









Kollecin müəllim və tələbə heyətinin hazırladığı video-çarxlar, faciəni əks etdirən səhnəciklər və musiqi nümunələri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Bu bədii kompozisiyalar vasitəsilə 20 Yanvarın həm bir hüzn, həm də sarsılmaz iradə günü olduğu bir daha nümayiş etdirilib.
Tədbirin sonunda fəallıq göstərən və bədii kompozisiyaların hazırlanmasında iştirak edən iştirakçılara kollec rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunmuşdur.







Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Facebook-da paylaş