Məzlum Əbdi:"YPG/SDQ terror təşkilatı dağılmayacaq.
"YPG/SDQ terror təşkilatı dağılmayacaq. Qan tökülməsinin qarşısını almaq üçün razılaşmanın şərtlərini qəbul etdik". Şəffaflıq.az xəbər verir ki, bu barədə YPG/SDQ koalisiyasının komandiri Məzlum Əbdi "Al Arabiya" televiziyasına bildirib. Onun sözlərinə görə, YPG/SDQ "parçalanmayıb və məğlub olmayıb" və "ərazilərini müdafiə etməyə davam edəcək". O, razılaşmanı yekunlaşdırmaq üçün yanvarın 19-da Dəməşqə gedəcəyini və təfərrüatları qayıtdıqdan sonra açıqlayacağını bəyan edib.
Xəbəri paylaş
Facebook-da paylaş








