QHT-lərə dövlət dəstəyi konsepsiyasının yenilənməsi üçün təkliflər hazırlanır
Azərbaycanın qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının müasir dövrün tələblərinə və çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi, yenilənməsi üçün müvafiq təkliflər hazırlanır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, təkliflər fevralına 15-nə qədər Agentliyin elektron ünvanı - office@ngoagency.gov.az vasitəsilə yazılı qaydada qəbul olunacaq. Daha sonra təkliflər sistemləşdirilərək təhlil ediləcək, bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








