Əsas Səhifə > SİYASƏT > QHT-lərə dövlət dəstəyi konsepsiyasının yenilənməsi üçün təkliflər hazırlanır

QHT-lərə dövlət dəstəyi konsepsiyasının yenilənməsi üçün təkliflər hazırlanır


15-01-2026, 14:04


Azərbaycanın qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının müasir dövrün tələblərinə və çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi, yenilənməsi üçün müvafiq təkliflər hazırlanır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, təkliflər fevralına 15-nə qədər Agentliyin elektron ünvanı - office@ngoagency.gov.az vasitəsilə yazılı qaydada qəbul olunacaq.

Daha sonra təkliflər sistemləşdirilərək təhlil ediləcək, bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.


Geri qayıt