Bərdədə 36 yaşlı kişini meşədə güllələdilər
Şəffaflıq.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası martın 5-nə təyin olunub. Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. Tərtər rayon Xoruzlu kənd sakini, 1967-ci il təvəllüdlü Fazil İsmayılov meşədə mübahisə etdiyi və şəxsi ədavəti olduğu həmkəndlisi 1983-cü il təvəllüdlü Elvin Nəcəfovu “Kalaşnikov” avtomatı ilə güllələyib. Hər iki bud nahiyyəsindən 3 güllə yarası alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 228.1 (qanunsuz odlu silah) maddələri ilə ittiham verilib.
Facebook-da paylaş