"Qarabağ", "Zirə" və "Sumqayıt" bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunu keçirəcəklər. Şəffaflıq.az-ın məlumatına görə, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək. "Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) kollektivini sınağa çəkəcək. Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına uduzub - 1:5.
Xəbəri paylaş
Facebook-da paylaş








