Əsas Səhifə > FUTBOL > "Qarabağ", "Zirə" və "Sumqayıt" bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq

"Qarabağ", "Zirə" və "Sumqayıt" bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq


12-01-2026, 09:26


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunu keçirəcəklər.

Şəffaflıq.az-ın məlumatına görə, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.

"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) kollektivini sınağa çəkəcək.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına uduzub - 1:5.


Geri qayıt