Azərbaycan səfiri etimadnaməsinin surətini Meksikanın XİN rəsmisinə təqdim edib


Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Conatan Çeytə təqdim edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumat səfirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub, eləcə də mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksikadakı səfiri vəzifəsinə təyin edilib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}