Bakıda 11 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








