"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib


"Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova dünyasını dəyişib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə S.Kərimovanın yaxınları sosial şəbəkədə məlumat veriblər. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb.

Onunla vida mərasimi sabah saat 11-də Şüvəlan qəsəbəsində Hacı Məmmədov küçəsində keçiriləcək.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}