Ötən il ekoloji hüquqpozmalarla bağlı 3 milyon manatdan çox cərimə tətbiq edilib
2025-ci il ərzində ekoloji hüquqpozmalarla bağlı 3 milyon 812,70 min manat məbləğində cərimə tətbiq edilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O bildirib ki, Nazirliyin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən il ərzində 2754 protokol tərtib olunub. "1044 iş hüquq-mühafizə orqanlarına göndərilib", - deyə o əlavə edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








