Venesuela narkotik qaçaqmalçılığına qarşı mübarizəni ABŞ ilə müzakirə etməyə hazırdır


Venesuela hökuməti ABŞ ilə narkotik ticarətinə qarşı mübarizə və neft sektoruna investisiyalarla bağlı sazişi müzakirə etməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro jurnalist İqnasiо Ramonetə verdiyi müsahibədə bildirib.

"Düşünürəm ki, faktlara əsaslanaraq ciddi danışmağa başlamaq lazımdır. ABŞ hökuməti bunu bilir, çünki biz bunu onların bir çox nümayəndələrinə demişik, əgər onlar narkotik qaçaqmalçılığına qarşı mübarizə sazişini ciddi şəkildə müzakirə etmək istəyirlərsə, biz hazırıq. Əgər onlara Venesuela nefti lazımdırsa, Venesuela "Chevron" kimi Amerika investisiyalarına istənilən vaxt açıqdır", - Maduro deyib.

Maduro həmçinin Vaşinqtonun Karakası narkotik istehsalına qarşı mübarizədə yetərincə fəal olmamaqda ittiham etməsini əsassız adlandırıb: "Onlar Venesuelanı kütləvi qırğın silahlarına, atom bombasına və ya kimyəvi silaha sahib olmaqda ittiham edə bilmədikləri üçün bu ittihamı uydurdular. Halbuki ABŞ-nin özü də bunun yalan olduğunu yaxşı bilir".

Vaşinqton Karakası narkotik qaçaqmalçılığına qarşı mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. NYT-nin avqustda verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi güc tətbiqinə dair gizli direktiv imzalayıb. Bundan sonra Karib dənizi bölgəsinə əlavə ABŞ qüvvələri, o cümlədən "Gerald R. Ford" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun gəmiləri göndərilib.

Son aylarda ABŞ hərbçiləri Latın Amerikası sahillərində narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində təxminən 30 kateri məhv edib, 100-dən çox insan öldürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}