Bu il azad olunmuş ərazilərdə 21 məktəb, 14 bağça tikilib


Bu il azad olunmuş ərazilərdə 21 məktəb, 14 bağça tikilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib:

"Ötən müddət ərzində 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib. Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır. Fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır".

Hesabatda həmçinin vurğulanıb ki, ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub:

"137-si əsaslı olmaqla 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb. 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}