Bu il 900-dən çox tələbə yerdəyişmə edib
Bu il 900-dən çox tələbə yerdəyişmə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, 2025-2026-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan ümumilikdə 1687 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 958 müraciət müsbət nəticə ilə yekunlaşıb. Hesabatda həmçinin vurğulanıb ki, Prezidentin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018–2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Bu proqramlar çərçivəsində 45 ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.
Facebook-da paylaş








