Boliviyanın keçmiş Prezidenti saxlanılıb


Boliviyanın keçmiş Prezidenti Luis Arse Xüsusi Cinayətkarlıqla Mübarizə Qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə keçmiş nazir Mariya Nela Prada feysbukda canlı yayımda bildirib.

"Mən Boliviya xalqını və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyirəm ki, keçmiş prezident Luis Arse Katakora indicə La-Pasın Sokopaça məhəlləsində saxlanılıb. Mən indi Xüsusi Cinayətkarlıqla Mübarizə Qüvvələrinə gedirəm və biz onun aparıldığını qeyri-rəsmi kanallar vasitəsilə öyrəndik" - deyə, o bildirib.

Əlavə təfərrüatlar hələlik məlum deyil.

Arse 2020-ci ilin noyabrından 2025-ci ilin noyabrın 8-dək Boliviya prezidenti olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}