Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Boliviyanın keçmiş Prezidenti saxlanılıb
Boliviyanın keçmiş Prezidenti saxlanılıb11-12-2025, 09:46 |
|
Boliviyanın keçmiş Prezidenti Luis Arse Xüsusi Cinayətkarlıqla Mübarizə Qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə keçmiş nazir Mariya Nela Prada feysbukda canlı yayımda bildirib. "Mən Boliviya xalqını və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyirəm ki, keçmiş prezident Luis Arse Katakora indicə La-Pasın Sokopaça məhəlləsində saxlanılıb. Mən indi Xüsusi Cinayətkarlıqla Mübarizə Qüvvələrinə gedirəm və biz onun aparıldığını qeyri-rəsmi kanallar vasitəsilə öyrəndik" - deyə, o bildirib. Əlavə təfərrüatlar hələlik məlum deyil. Arse 2020-ci ilin noyabrından 2025-ci ilin noyabrın 8-dək Boliviya prezidenti olub. Geri qayıt |