Şamaxı klubu 1000 manat cərimələnib, məşqçisi dörd oyunluq cəza alıb
Əvəzedicilər Liqasında çıxış edən "Şamaxı-2" komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb. Buna mütəxəssisin XII turda "Zirə-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub. Məşqçi birbaşa qırmızı vərəqə alıb. İK bu səbəbdən bölgə təmsilçisinə 1000 manat cərimə tətbiq edib.
Xəbəri paylaş
Facebook-da paylaş








