Əsas Səhifə > FUTBOL > Şamaxı klubu 1000 manat cərimələnib, məşqçisi dörd oyunluq cəza alıb

Şamaxı klubu 1000 manat cərimələnib, məşqçisi dörd oyunluq cəza alıb


4-12-2025, 15:01


Əvəzedicilər Liqasında çıxış edən "Şamaxı-2" komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Buna mütəxəssisin XII turda "Zirə-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub.

Məşqçi birbaşa qırmızı vərəqə alıb. İK bu səbəbdən bölgə təmsilçisinə 1000 manat cərimə tətbiq edib.


Geri qayıt